Qlobal iqtisadiyyatdakı qeyri-sabit proses bir çox ölkələrin valyutalarının dəyərinə əvvəlkindən daha çox təsir edir. Dünyanın ən dəyərli valyutalarını araşdıran B2Press-in araşdırmasına görə, Küveyt dinarı birinci, İran rialı isə sonuncu yerdədir. Türk lirəsi isə 193 ölkə arasında 38-ci pilləni tutu.
Hafta.az-ın yazdığına görə, onlayn PR agentliyi B2Press ölkələrin valyutalarının dəyərini araşdıraraq dünyanın ən dəyərli 10 valyutasını açıqlayıb. Küveyt dinarı dünyanın ən qiymətli valyutaları siyahısında birinci yerdədir. 1 Küveyt dinarı 3.26 dollara ekvivalent olub, onun ardınca Bəhreyn dinarı, Oman rialı, İordaniya dinarı və Britaniya funtu gəlir.
Maraqlıdır ki, B2Press-in təhlil etdiyi bu ilin ən dəyərli valyutaları siyahısında ilk 4 ölkə Ərəbistan yarımadasında yerləşir. Digər maraqlı məqam isə siyahıda ilk 10-luqda yer alan Kuba pesosunun ABŞ dolları ilə eyni dəyərə malik olması və iki valyutanın siyahının 8-ci və 9-cu pillələrini bölüşməsidir.
Dünyanın ən dəyərsiz valyutaları siyahısında isə ilk yeri İran rialı tutur, ikinci yerdə Vyetnam donqu, üçüncü sirada isə İndoneziya rupisi gəlir.
Beləliklə, ən dəyərli ilk 10 valyuta bunlardır: Küveyt dinarı – 3.26 dollar, Bəhreyn dinarı – 2.65 dollar, Oman rialı – 2.60 dollar, İordaniya dinarı – 1.41 dollar, İngilis funtu – 1.20 dollar, Kayman adaları dolları – 1.20 dollar, Cəbəllütariq funtu – 1.20 dollar, İsveçrə frankı – 1.07 dollar, Avro – 1.07 dollar...
Dünyanın ən zəif valyutaları da məlum olub. İndi də həmin valyutalardan bəzilərini ABŞ dolları ilə qarşılığnı göstərək: 1 dollar – 42273 İran rialı, 1 dollar – 23711 Vyetnam dongu, 1 dollar – 19072 Laos kipi, 1 dollar - 17665 Syerra Leone leonesi, 1 dollar – 14993 İndoneziya rupisi, 1 dollar – 14986 Livan funtu, 1 dollar – 11516 Özbəkistan somu, 1 dollar - 8583 Qvineya frankı, 1 dollar 7249 Paraqvay quaranisi, 1 dollar – 3669 Uqanda şillingi.